Hadisə
Gəncədə tibb bacısını liftdə döydülər - FOTO
Gəncə şəhərində xəstə yaxınları xəstə baxıcısını (kiçik tibb bacısı -Report) döyərək ona xəsarət yetiriblər.
Publika.az xəbər verir ki, hadisə şəhərin Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında qeydə alınıb.
Sözü gedən xəstəxanada xəstə baxıcısı kimi çalışan 1991-ci il təvəllüdlü Tamara Əliyeva xəstə yaxınları tərəfindən döyülərək müxtəlif bədən xəsarətləri alıb.
Belə ki, xəstəxanada müalicə alan xəstələrin birinin vəziyyəti pisləşdiyindən reanimasiya şöbəsinə yerləşdirilib. Bu zaman xəstə yaxınları həmin şöbəyə daxil olmağa çalışıblar. Lakin xəstəxana çalışanları onlara kənar şəxslərin reanimasiya şöbəsinə daxil olmağa icazə verilmədiyini və oranı tərk etmələrini deyiblər.
Zərərçəkənin yaxınlarının bildirdiyinə görə, buna baxmayaraq həmin şəxslər şöbədən çıxmaq istəməyib, orada gözləyəcəklərini deyib.
Bunu görən, T.Əliyeva mühafizəni çağırmaq üçün liftə daxil olub. Həmin vaxt xəstə yaxınları olan iki qadın və bir kişi onunla birgə liftə daxil olublar və liftdə onu döyərək xəsarətlər yetiriblər.
Hazırda müxtəlif bədən xəsarətləri alan T.Əliyeva çalışdığı xəstəxanada müalicə alır.
Məsələ ilə bağlı polisə şikayət olunub və Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsində araşdırma aparılır. ("Report")
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı














.jpg)




















.jpg)

.jpg)