Hadisə
Bu sexdə sanitariya normaları pozuldu - PROTOKOL yazıldı
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Göygöl rayonu, Qızılqaya qəsəbəsi, Qızılca kəndində fəaliyyət göstərən, “Saf Qida” MMC-yə məxsus süd məhsullarının istehsalı sexində keçirilmiş yoxlama zamanı sanitariya norma və qaydalarının, gigiyena normativlərinin pozulduğu aşkar edilib.
AQTA-dan Publika.az-a verilən məlumata görə, əsas xammal kimi istifadə edilən südün baytarlıq-sanitariya ekspertiza sənədlərinin olmadığı, emal prosesinin düzgün həyata keçirilmədiyi, bişmiş südün ağzı açıq şəkildə saxlandığı, mütəmadi olaraq təmizlik işlərinin aparılmadığı, işçi heyətin xüsusi geyimlə (saç toru, xalat, önlük, əlcək) təmin edilmədiyi və digər nöqsanlar müəyyən olunub.
Faktla bağlı inzibati protokol tərtib edilib, pozuntuların aradan qaldırılması ilə əlaqədar icrası məcburi göstərişlər verilib.
Araşdırmalar davam edir.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO






.jpg)
.jpg)



.png)























