Hadisə
Laçın şəhəri, Zabux və Sus kəndlərində minatəmizləmə işləri aparılır
“Laçın şəhəri, Zabux və Sus kəndlərinə sakinlərin tezliklə qayıtması üçün minatəmizləmə işləri aparılır”.
Publika.az xəbər verir ki, bunu Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, avqustun 26-da Laçın şəhəri, Zabux və Sus yaşayış məntəqələri Azərbaycanın nəzarəti altına keçib: "Həmin gündən etibarən Müdafiə Nazirliyi ilə birgə həmin ərazilərdə mina axtarışına başlanılıb. Bu yaxınlarda Laçında Müdafiə Nazirliyi ilə birgə aparılan minatəmizləmə işlərilə əlaqədar məlumat yayılıb. Həmin məlumatlarda yeni mina sahələrinin aşkarlanması öz əksini tapmışdı. Həmin minaların Ermənistan tərəfindən Vətən müharibəsindən sonra istehsal edilən minalar olduğu müəyyənləşib. Bu da qarşı tərəfin məkrli siyasətinin göstəricisidir”.
V.Süleymanov bildirib ki, hazırda Laçında minatəmizləmə işləri davam etdirilir: “Müdafiə Nazirliyinin və ANAMA-nın əməkdaşları oradadırlar. Əhalinin ora tez bir zamanda qayıtması üçün minatəmizləmə işləri ilə məşğul olurlar”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
