Hadisə
Oddan istifadəyə dair ən qədim sübut tapıldı - Balıq bişiriblər
Tel-Əviv Universitetinin Steinhard Təbiət Tarixi Muzeyinin arxeoloqları yemək bişirmək üçün oddan istifadəyə dair ən qədim sübut tapıblar.
Publika.az xəbər verir ki, qədim insanlar ilk dəfə 780.000 il əvvəl yemək bişirmək üçün istifadə ediblər. Alimlərin araşdırmasının nəticələri “Nature Ecology and Evolution” jurnalında dərc olunub.
Alimlərin fikrincə, yemək bişirmək insan təkamülündə əsas addım idi və qədim insanlara sərt, çiy yeməkləri çeynəməyə və həzm etməyə daha az vaxt sərf etməyə imkan verdi. Bu, beynin inkişafı üçün təkan oldu.
Əvvəllər belə hesab olunurdu ki, insanlar, təxminən 170 min il əvvəl yemək bişirmək üçün oddan yararlanıblar. Ancaq yeni bir tapıntı bu tarixi geri çəkdi. Tədqiqatçılar Gesher-Benot Yaakov arxeoloji sahəsində böyük balığın yanmış dişlərini tapıblar. Alimlər müəyyən ediblər ki, balıq, bişmək üçün uyğun olan aşağı temperatura məruz qalıb.
“Bu tədqiqatda biz müxtəlif temperaturlara məruz qalma nəticəsində diş minasının kristal ölçüsündəki dəyişiklikləri aşkar etmək üçün geokimyəvi analizdən istifadə etdik. Balıq, sadəcə yanmış olsaydı, o zaman kristalların ölçüsündə kəskin dəyişiklik görərdik. Güman edə bilərik ki, balıq birbaşa açıq odda bişirilməyib. Qədim insanlar saxsı qabdan istifadə edə və ya balığı qaynada bilərdilər", - deyə elm adamları bildiriblər.
Alimlər həmin ərazidə yanmış daşlar və əvvəllər burada ocaq olduğuna dair digər sübutlar da tapıblar.
Aydan
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
