Hadisə
Göyçayda hamilə qadının ölüm səbəbi məlum oldu - TƏFƏRRÜAT
Göyçayda 8 aylıq hamilə qadının ölümünün təfərrüatı və səbəbi məlum olub.
Publika.az "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Çərəkə kəndində baş verib.
Kənd sakini, 1997-ci il təvəllüdlü Fidan Kərimova yaşadığı evdə eltisi olan bacısı ilə həyətə düşən zaman qəfildən halı pisləşib.
Bunu görən bacısı qışqıraraq ev sahiblərini köməyə çağırıb. Köməyə ilk gələn F.Kərimovanın qayınatası Qadir Kərimov olub.
Yaxınları dərhal təcili tibbi yardımı köməyə çağırıblar. Ünvana gələn həkim birqadası F.Kərimovanı müayinə edib və onun öldüyünü söyləyib.
Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspetiza və Pataloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb.
Qan nümunələrinin analizi nəticəsində hamilə qadının tromboemboliyadan vəfat etdiyi məlum olub.
Yaxınlarının sözlərinə görə, F.Kərimova hamiləliyi dövründə mütəmadi mama-ginekoloqun müayinəsindən keçib. Amma həkimlər onun səhhətində hər hansı problem qeydə almayıblar.
Qeyd edək ki, F.Kərimova 3 ilə yaxındır ailəli olub. Bu, qadının ilk hamiləliyi olub.
xxx
10:04
Göyçayda hamilə qadın qəfil ölüb.
Publika.az xəbər verir ki, rayonun Çərəkə kəndində yaşayan 1997-ci il təvəllüdlü, 8 aylıq hamilə olan Fidan Müzəffər qızı Kərimova evin həyətində yıxılıb. O, aldığı xəsarətlərdən vəfat edib.
Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO


































.jpg)

.jpg)