Hadisə
Rus və ukraynalı idmançılar oteldə dava saldı
Rusiya Liqasının “Şinnik Yaroslavl” komandası ilə Ukraynanın “FK Minaj” komandasının futbolçuları arasında Belekdə qaldıqları oteldə dava çıxıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, dava zamanı bəzi futbolçuların sümüklərinin qırıldığı bildirilib. Fevralın 13-də baş verən davanın görüntüləri sosial mediada yayılıb.
"Şinnik Yaroslavl" komandasında çıxış edən rusiyalı futbolçu Artyom Semeykin bildirib ki, ciddi zədə almayıb:
"Hər şey qaydasındadır, özümü yaxşı hiss edirəm. Açığı, hər şeyin necə başladığını bilmirəm. Otağımda yatırdım, sonra səs eşitdim və dəhlizə qaçdım. 20 nəfər var idi. Aydındır ki, mən Herakl deyiləm, lakin ölkəm təhqir olunurdu. Odur ki, başqa cür mümkün deyildi. Rusiyanı müdafiə etdim".
Hadisəni Ukrayna klubunun planlaşdırdığını deyən rusiyalı futbolçu qeyd edib ki, insident liftdə də davam edib:
"Liftdə daha bir insident oldu. Bir oyunçumuz yeməkdən qayıdardı, tək idi. Liftdə Ukraynadan bir neçə nəfər yaxınlaşıb onu döyməyə başladı. Mən günahkarları və qalibi müəyyən etmək istəmirəm”.
Aytən Məftun
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO



































.jpg)

.jpg)