Hadisə
Piyada keçidinin olmaması təhlükə saçır: Bir ailəni yarısı ölümdən döndü - VİDEO
Paytaxt Bakıda bir ailənin yarısını maşın vurub.
Publika.az Xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət Binəqədi rayonu Xocasən qəsəbəsində Ruslan Allahverdiyev küçəsindən gedir.
Ərazidə yaşayan sakinlərdən biri İlham Azayev deyir ki, piyada keçidi olmadığından onun ailə üzvlərini bu yolda maşın vurub. Xoşbəxtlikdən həyati təhlükələri yoxdur. Lakin yolda vəziyyət kifayət qədər təhlükəlidir.
Yaxınlıqdakı yerüstü piyada keçidindən isə sakinlər demək olar ki, istifadə etmirlər.
Onlar bildirib ki, keçidə getmək üçün səki yoxdur.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, metronun Xocasən stansiyası fəaliyyətə başladıqdan sonra, yol infrastruktru ilə bağlı aidiyyəti qurumlar tərəfindən əraziyə baxış keçirilib, müəyyən təhlillər aparılıb.
Sakinlər nəzərdə tutulan işlərin qısa zaman ərzində yekunlaşacağını ümid edir.
Daha ətraflı süjetdə:
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika27 Noyabr 11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı
-
Dünya27 Noyabr 11:18Müxalifət razılığa gəldi: Netanyahu hökumətinin sonu yaxınlaşır?














.jpg)




















