Hadisə
Ölən ananın bətnindəki körpə xilas edildi
Mühasirəyə alınmış Qəzza zolağının cənubunda yerləşən Xan Yunus şəhərindəki Nasır Xəstəxanasının həkimləri İsrail bombardmanı nəticəsində ölən qadının bətnindəki körpəni xilas ediblər.
Publika.az xəbər verir ki, xəstəxananın yeni doğulanlar bölməsinin həkimlərindən olan Əsəd ən-Nəvaciha verdiyi açıqlamada,"İsrailin Qəzza zolağında bombardmanları nəticəsində təkrarlanan faciəvi bir humanitar hekayə ilə qarşı-qarşıyayıq" ifadələrini işlədib.

Ranim Hicazi adlı hamilə qadının bu səhər Nasır Xəstəxanasına ölü olaraq gətirildiyini bildirən Nəvaciha, "Körpə tibb işçiləri tərəfindən ananın qarnından çıxarıldı və sağ olduğu müəyyən edildi. Dərhal götürdük, həyata qaytardıq və lazım olanı etdik. O, hazırda inkubatordadır, oksigenlə bağlıdır", - deyə açıqlayıb.

Həkim körpənin səhhətinin stabil olduğunu bildirib. O, ananın İsrail bombardmanlarından qorunmaq üçün Qəzza şəhərinin cənubundakı Xan Yunusa getdiyini bildirib.

Xatırladaq ki, bundan əvvəl İsrail Qəzza zolağının şimalında yaşayanları "təhlükəsiz" olduğunu iddia edərək, cənuba getməyə çağırmışdı, lakin İsrail döyüş təyyarələri cənubda bir çox evi hədəf almağa davam edir.
Nəzrin
-
Magazin120:48Ölüm xəbərindən sonra onu bağışladığını açıqladı
-
İdman20:12Şəxsi təyyarə ilə Liverpula gəldi - Yaxın saatlarda…
-
Sosial18:36Azərbaycanlı bloqerlər Taylandda qəzaya düşdü - VİDEO
-
Rəsmi xronika17:38İlham Əliyevə təbriklər gəlməkdə davam edir
-
Cənubi Qafqaz12:42Zəngəzur dəhlizi ilə bağlı saziş imzalandı - Nə vaxt işə düşəcək?
-
Sosial11:19Hesablama Palatasına yeni səlahiyyətlər verilir
-
İnanc10:07Dəniz qana boyandı: Uşaqların gözü qarşısında dəhşətli qırğın
-
Hadisə09:12Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı






















.jpg)












