Hadisə
Şüvəlanda əl qumbarası və mərmilər aşkarlandı - VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.
Publika.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı və 10 ədəd 9mm-lik mərmi olduğu müəyyən edilib.
Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
-
Magazin210:57Türkiyədə daha bir neçə məşhur saxlanıldı
-
Maraq dünyası09:19Marsda həyat varmı? - Kosmonavtdan maraqlı cavab
-
İdman09:09Ronaldo 968-ci qolunu vurdu
-
ABŞ08:36Nyu-York polisi "Lusifer"i güllələyərək öldürdü
-
Magazin208:00Məşhur aktyor 88 yaşında vəfat etdi
-
İdman06:46Ronaldo dəli olacaq: Messini seçdi, onun adını çəkmədi
-
Magazin206:16Narkotikə görə saxlanılan aktrisaya qadağa
-
Dünya05:15ABŞ-İran danışıqlarının növbəti mərhələsi bu tarixdə keçiriləcək



































