ABŞ
Nyu-York polisi "Lusifer"i güllələyərək öldürdü
Nyu-Yorkda özünü “Lüsifer” adlandıran və metrodakı sərnişinləri maçete ilə hədələyən şəxs polis tərəfindən güllələnib.
Publika.az xəbər verir ki, bu barədə şəhər polis komissarı Cessika Tiş məlumat verib.
Hadisə iyulun 11-də şəhərin mərkəzində yerləşən "Grand Central Station" stansiyasında baş verib. Şahidlərdən biri hüquq-mühafizə orqanlarına metroda insanlara hücum edən soyuq silahlı şəxs barədə məlumat verib.
"Həmin şəxsdə maçete kimi təsvir edilən böyük bıçaq var idi və o, qeyri-adekvat davranaraq dəfələrlə “Lüsifer” olduğunu bildirirdi", - deyə Tiş mətbuat konfransında bildirib. O əlavə edib ki, polislər "ən azı" 20 dəfə ona silahı yerə qoymağı tapşırıblar.
Kişi əlində maçete ilə əməkdaşlara tərəf hərəkət etməyə başladıqda, polislərdən biri atəş açıb. 44 yaşlı Entoni Qriffin xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişib.
Zərərsizləşdirilməmişdən əvvəl "Lüsifer" maçete ilə üç nəfərə zərbə endirib. Yaralananlar - 70 yaşlı qadın, 84 və 65 yaşlı iki kişi baş və üz nahiyələrindən xəsarət alıblar. Onların hamısı tibb müəssisəsindədir, həyatları üçün təhlükə yoxdur.
Hüseyn İbadlı
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi







































.jpg)
