Vətəndaşlardan 2 avtomat, 2 ov tüfəngi müsadirə edildi
Bizi izləyin

Hadisə

Vətəndaşlardan 2 avtomat, 2 ov tüfəngi müsadirə edildi

Vətəndaşlardan 2 avtomat, 2 ov tüfəngi müsadirə edildi

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları yanvarın 2-də vətəndaşlardan qanunsuz saxlanılan 2 avtomat, 2 ov tüfəngi müsadirə ediblər.

Publika.az DİN-ə istinadən xəbər verir ki, silahlar keçirilən əməliyyat tədbirləri nəticəsində götürülüb.

Polis əməkdaşları bundan başqa 2 patron darağı və 37 ədəd müxtəlif çaplı patron aşkar edib.

Həmçinin, ötən gün polis əməkdaşlarına respublikanın ayrı-ayrı rayonlarından 3 ədəd müxtəlif markalı tüfəng təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm