Hadisə
Lənkəranda ağır qəza, iş adamı öldü
Lənkəranda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Vilvan kəndi ərazisində qeydə alınıb.
1968-ci il təvəllüdlü Natiq Məmmədovun idarə etdiyi “Mercedes 600” markalı avtomobil yol kənarındakı ağaclara və elektrik dirəyinə çırpılıb. Nəticədə ağır xəsarət alan sürücü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda vəfat edib.
Qəzada ölən N.Məmmədov Lənkəranda iş adamı kimi tanınıb. Sahibkarın rayonda yanacaqdoldurma məntəqəsi olub.
Faktla bağlı araşdırma aparılır.


-
Avropa20:12Yaralı vəhşi qaban paytaxt metrosunda çaxnaşma yaratdı - VİDEO
-
Magazin119:48“Həyatımda nə qədər ilanlar, əqrəblər olub“ - VİDEO
-
Avropa19:36Vətəndaşlıq almaq istəyənlər xüsusi imtahan verəcəklər - Bu ölkədən YENİ TƏLƏB
-
ABŞ18:48"Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır" - Stiv Uitkoff
-
Hadisə18:00Şəhidlər xiyabanından dekorativ ağaclar oğurlandı - VİDEO
-
Hadisə17:41İrandan Füzuliyə PUA ilə göndərilən narkotiki satmaq istədilər - VİDEO
-
Region17:05Paşinyan: "Bu gün Azərbaycan Prezidentinə zəng etdim"
-
Yaxın Şərq16:57İran: Razılaşmaya çox yaxınıq!








.jpg)









.jpg)







.jpg)








