Hadisə
Gömrükdə psixotrop və güclü təsir edən maddələr aşkarlandı
Poçt və ekspres daşımalar gömrük postunda gömrük orqanına “dərman və siqaret” olaraq bəyan edilən bağlamaya gömrük baxışı keçirilib.
DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Publika.az-a verilən məlumata görə, yoxlama nəticəsində xarici ölkəyə göndərilən bağlamadakı plastik qutudan 115 (yüz on beş) ədəd ağ-qəhvəyi rəngli, 60 (altmış) ədəd ağ-göy rəngli kapsullar və onların arasında gizlədilmiş 1 ədəd polietilen paketdə qablaşdırılan toz halında predmet aşkar olunub.
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə görə 60 ədəd kapsulların tərkibində təsir maddəsinin ümumi miqdarı 3,0 qram olan tramadol, 115 ədəd kapsulların tərkibində təsir maddəsinin ümumi miqdarı 34,5 qram olan preqabalin, 1 ədəd sellofan paketdə təmiz çəkisi 0,919 qram olan ağ rəngli, kristalşəkilli psixotrop maddə - metamfetamin olduğu müəyyən edilib.
Qeyd edək ki, Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in I siyahısına, Tramadol və Preqabalin isə “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na daxildir.
Faktla bağlı araşdırma aparılır.
-
Sosial13:36İcra başçısı kölgədə əyləşdi, vətəndaşları günün altında saxladı - FOTO
-
Nida Təhlil 13:22Cənubi Qafqazda yeni reallıq: Azərbaycan istiqaməti müəyyən edir
-
Sosial12:29Günay Əliyevaya vəzifə verildi - FOTO
-
MDB12:01Bütün Rusiyanın axtardığı qatil “qardaş ölkə”də yaşayıb: Yazıçı olub, məşhurlaşıb və...
-
Magazin211:24Kardaşyan bu etirafı ilə hər kəsi şoka saldı: Gün ərzində 35 həb qəbul edir
-
Sosial11:12Milyarderlər insanları belə ovsunlayırlar: Pensiya üçün pul yığmağa ehtiyac qalmayacaq?
-
Sosial10:21Hamlet Musayevin qızı həbsdən azad edildi
-
Dünya10:06Bu ölkədə cəhənnəm yaşanır: Turistlər hər yeri tutub, yerli sakinlər evlərinə qapanıb







.jpg)






























