Hadisə
21 yaşlı oğlan ikiyə bölünən maşınından xəsarətsiz çıxdı - VİDEO
Mingəçevirdə baş vermiş yol qəzasında avtomobil bir neçə yerə bölünsə də, sürücü heç bir xəsarət almayıb.
Publika.az xəbər verir ki, hadisə aprelin 21-nə keçən gecə qeydə alınıb. 2003-cü il təvəllüdlü Elbrus Mansur oğlu Süleymanovun Mingəçevirdən Yevlax istiqamətində idarə etdiyi 62 BN 987 nömrə nişanlı “VAZ 21015” markalı maşın işıq dirəyinə çırpılıb. Daha sonra isə Nəsimi parkı ərazisinə daxil olub.
Hadisədən sonra xəstəxanaya aparılan 21 yaşlı sürücüdə hər hansı xəsarət olmadığından o evə buraxılıb.
Bundan sonra qəza yerinə gələn Elbrus video çəkərək paylaşıb və qəzadan xəsarətsiz, sağ çıxmasına çoxlarının inanmadığını deyib.
Həmin görüntüləri təqdim edirik:(“Qafqazinfo” )
-
Sosial19:50Daha bir tiktoker saxlanıldı
-
Sosial18:24Azərbaycanda üç kəndin adı dəyişdirilə bilər - Təklif hazırlandı
-
Sosial17:22Könül Həmzəyeva axtarışa verildi
-
Dünya16:43Hakan Fidandan Əraqçiyə xəbərdarlıq
-
MDB15:28Dollar kəskin bahalaşdı - Nə baş verir?
-
Elm və təhsil15:02Nazir Xankəndidə riyaziyyat dərsi keçdi - Video
-
İdman14:14İtaliya bu qadın hakimdən danışır: Azarkeşlər tələb edirlər ki... - FOTOLAR
-
İqtisadi gündəm14:08Bakı zəmanət verdi: Azərbaycanın bu ölkədə idarə etdiyi liman sanksiyadan qurtuldu






































