Hadisə
Çaqqalın hücumuna məruz qalan Şəki sakini xəstəxanalıq oldu
Şəki sakini çaqqalın hücumuna məruz qalıb.
Publika.az xəbər verir ki, hadisə rayonun Böyük Dəhnə kənd ərazisində baş verib. Belə ki, 64 yaşlı kənd sakini Nəsir İsmayılov axşam saatlarında mal-qaranı örüşdən evə gətirən zaman qarşısına çaqqal çıxıb. Vəhşi heyvan əvvəlcə mal-qaraya, daha sonra ona hücum edib. Nəsir İsmayılov mal-qaranı çaqqaldan mühafizə edərkən vəhşi heyvan onun sağ ayağının baldır nahiyəsindən xəsarət yetirib.
Kənd sakini özünü çaqqaldan müdafiə etməyə başlayıb və nəticədə onu öldürüb.
Son anda hadisə yerinə yetişən digər sakinlərin köməyi ilə Nəsir İsmayılov dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona xəstəxanada ilkin tibbi yardım göstərilib. İlk növbədə quduzluq əleyhinə peyvənd vurulub.
Bir müddət xəstəxanada həkim nəzarətində qalan Nəsir İsmayılov daha sonra müalicəsini ambulator şəraitdə davam etdirmək şərti ilə evə buraxılıb.
(Azərtac)
-
MDB21:39Müharibə başlayandan bəri belə hücum olmamışdı...
-
Ekopublika.az20:24Qurban bayramına sayılı günlər qaldı - Heyvan bazarında qiymətlər necədir?
-
Nəqliyyat19:30Bakıda ictimai nəqliyyatda daha bir yenilik: üztanıma ilə ödəniş... - Foto
-
Hadisə18:30Səidə Bəkirqızı qəzaya düşdü - Video
-
Rəsmi xronika16:57İlham Əliyev fərman imzaladı
-
Cənubi Qafqaz16:28Fransa SEZAR-ları Ermənistana verdi – Bu tarixdə nümayiş olunacaq
-
Yaxın Şərq16:00Səfir təsdiqlədi: İsrail ərəb ölkəsində “Dəmir günbəz” yerləşdirib
-
Sosial14:00Onlara yüksək vəzifə verildi






.jpg)




.jpg)






.jpg)






.jpg)








