Hadisə
Azərbaycanda direktor olmaq istəyən müəllim cinayət qurbanı oldu
Sabirabad rayon Surxayobası kənd tam orta məktəbinin müəllimi Əlifağa Hüseynov dələduzluqla üzləşib.
Publika.az-ın əldə etdiyi məlumata görə, məktəb direktoru olmaq istəyən Ə. Hüseynov Sumqayıtda yaşayan tanışı vasitəsilə Masallı rayon sakini 1986-cı il təvəllüdlü Əkbər Əbilovla tanış olub.
Ə. Əbilov Dövlət İmtahan Mərkəzində tanışlarının olması barədə yalan məlumat verərək imtahandan keçirilməsi üçün Əlifağadan 5 000 manat alıb. O, müəllimin oğlunu da İçərişəhər Mühafizə İdarəsində aylıq 800 manat maaşla işə düzəldəcəyi barədə yalan vəd verərək əlavə 2 500 manat alıb. Lakin Əkbər pulları alaraq özü üçün xərcləyib.
Aldadıldığını görən müəllim başına gələnlərlə bağlı polisə müraciət edib və Əkbər barəsində Cinayət Məcəlləsinin 178-ci, dələduzluq maddəsi ilə iş açılıb.
Şirvan şəhər Məhkəməsinin ötən həftə çıxardığı hökmlə Əkbər 3 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Turqut Seyidov
-
Avropa05:156,5 min il əvvəl bəzək əşyasına çevrilmiş insan dişi aşkarlandı
-
MDB04:44Krasnodara PUA hücumu - 2 uşaq həlak oldu, çox sayda yaralı var
-
Səhiyyə01:11Bu vitamin yüksək dozada qəbul etdildikdə mücüzə baş verir
-
Qoroskop00:00Günün ULDUZ FALI - Uğur qazanmaq şansınız yüksəkdir
-
Rəsmi xronika23 Avqust 23:55Prezidentin şərəfinə Daşkənddə atəşfəşanlıq - VİDEO
-
Art23 Avqust 23:47Azərbaycanın Xalq artisti vəfat etdi - FOTO
-
Rəsmi xronika23 Avqust 23:36"Mirzə Uluqbəy adına məktəb dostluğumuzun və qardaşlığımızın rəmzidir" - VİDEO
-
Hadisə23 Avqust 22:12Bakıda yaşayış binasındakı yanğın söndürüldü - VİDEO/YENİLƏNDİ























.jpg)











