Hadisə
Tanınmış aparıcının evini soyanlar saxlanıldı - RƏSMİ
Avqustun 25-də Sabunçu rayonu ərazisdindəki evlərin birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.
DİN-dən Publika.az-a verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla evdən ümumilikdə 1650 manat dəyərində məişət əşyalarının oğurlanması məlum olub.
Keçirilən əməliyyat tədbirləri ilə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuşlar - 43 yaşlı Xəqani Əliyev və 38 yaşlı İlham Paşayev saxlanılıblar.
Xəqani Əliyevin eyni əmələ görə axtarışda olması, həmçinin oğurluğun taksi sürücüsü olan İlham Paşayev tərəfindən planlaşdırılması və həmin əşyaların daşınmasını təmin etməsi müəyyən edilib.
Araşdırma aparılır.
Qeyd edək ki, oğurluq edilən bağ evi tanınmış aparıcı Yelena Sidorenkoya məxsusdur.
-
Nəqliyyat25 May 21:51Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatar biletlərinin qiymətləri enəcək? - Rəsmi açıqlama
-
İnanc25 May 21:26Qurban kəsərkən edilən böyük səhvlər - İllərdir yanlış bilirmişik
-
MDB25 May 21:13Rusiya XİN-dən xəbərdarlıq - Dərhal Kiyevi tərk edin!
-
Elm və təhsil25 May 19:20Azərbaycanda yeni universitet yaradılacaq
-
Ekologiya25 May 18:10Sabah Bakıya yağış yağacaq - Xəbərdarlıq
-
Rəsmi xronika25 May 17:20İlham Əliyev sərəncam imzaladı
-
Sosial25 May 17:16Prezidentdən soyuducu anbarlarla bağlı tapşırıq
-
Sosial25 May 16:52İTV-nin yeni baş direktoru müəyyən oldu







.jpg)































