Hadisə
Avtobusun enerjisi bitdiyi üçün sərnişinlər yolda qalıb? - AÇIQLAMA / VİDEO
Bakıda elektrik mühərrikli avtobusun enerji ehtiyatı qurtardığı üçün yolda qaldığı bildirilir.
Publika.az xəbər verir ki, bu barədə həmin avtobusda olan sərnişinlər məlumat yayıb.
Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılsa da, hadisənin hansı marşrut xətti üzrə hərəkət edən avtobusda baş verdiyi deyilməyib.
Sözügedən görüntülərlə bağlı “BakuBus” MMC-dən “Qafqazinfo”ya bildirilib ki, avtobusların enerji ehtiyatının olmaması ilə bağlı heç bir hal baş verməyib: “Noyabrın 28-də, eləcə də elektrik mühərrikli avtobusların Bakı şəhərinin marşrut xətləri üzrə istismara başlanıldığı gündən etibarən, “BakuBus” MMC-nin “Marşrutların idarəetmə mərkəzinə” sərnişin daşınması zamanı batareyanın kifayət qədər enerji ehtiyatının olmaması ilə bağlı heç bir problem yoxdur.
Sözügedən görüntünü müşahidə kameralarında analiz etdikdən sonra, 28.11.2024-cü il axşam saatlarında baş verən hadisənin sürücünün texniki səhvi ilə əlaqəli olduğunu müəyyən etdik.
Qeyd edilən problem qısa müddət ərzində aradan qaldırılıb və avtobus marşrut xətti üzrə hərəkətinə davam edib. Bildiririk ki, elektrik mühərrikli avtobuslar marşrut xəttindən qayıdıb depoya gəldiyi zaman tam olaraq enerji ilə doldurulur və müəyyən edilmiş marşrut xətləri üzrə gün ərzində əlavə enerji doldurulmasına ehtiyac olmadan hərəkətini davam etdirir".
Sözügedən görüntüləri təqdim edirik:
-
Sosial20:00Məclis.info saytının rəhbərinə ağır cəza verildi
-
ABŞ19:00Ağ Evin yaxınlığında atışma - Yaralılar var
-
Rəsmi xronika16:41İlham Əliyev Maya Sandu ilə görüşdü - FOTO
-
Nida Xəbər 15:53Teymur Musayevə yeni vəzifə verildi
-
Rəsmi xronika15:13İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşdü
-
MDB14:08Korrupsiya qalmaqalı böyüyür: Pəncərədən 8 çamadan dolları küçəyə atan kimdir? - VİDEO
-
Sosial13:58Dublində "Avropa Siyasi Birliyi"nin sammiti BAŞLAYIR
-
İqtisadi gündəm12:18Bakıda 8 bina sökülür, sakinlərə nə qədər kompensasiya ödəniləcək? - VİDEO






































