Hadisə
Xəzərdə "kabus ada" yenidən üzə çıxdı
Xəzər dənizinin şimal hissəsindəki "kabus ada" yenidən üzə çıxıb.
Publika.az xəbər verir ki, bu dəfə Rusiya alimləri Xəzər dənizinin şimal hissəsində yeni adanın peyda olduğunu təsdiqləyiblər.
Bu barədə "TASS"a Rusiya Elmlər Akademiyasının P.P.Şirşov adına Okeanologiya İnstitutunun (İİ) mətbuat xidmətindən bildirilib ki, alimlər Mali Jemçujnı adasından 30 km cənub-qərbdə yeni adanın mövcudluğunu təsdiqləməyə müvəffəq olublar.
Adanın görünməsinə səbəb Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi olub.
Bu yaxınlarda alimlərin ekspedisiyası adanın sahillərinə çata bilsə də, pis hava şəraiti səbəbindən eniş baş tutmayıb.
Xatırladaq ki, yanvar ayında NASA peykləri Xəzər dənizində Azərbaycan yaxınlığındakı "kabus ada"nın fotosunu çəkib.
Landsat 8 və 9 kosmik gəmisi 2022-ci ilin noyabr ayından 2024-cü ilin dekabr ayınadək Xəzər dənizinin sahil zolağında tədqiqatlar aparıb və bununla da adanın kəşfinə kömək edib. Onun Azərbaycanın şərq sahillərindən 25 kilometr uzaqda yerləşdiyi məlum olub.
Alimlər tərəfindən “Görünməz ada”, yaxud "Kabus" adlandırılan bu ada 2023-cü ilin əvvəlində baş vermiş Kumani palçıq vulkanının həddindən artıq püskürməsindən sonra Xəzər dənizinin sularında yaranıb. Ada 2024-cü ilin sonunda demək olar ki, tamamilə gözdən itmişdi.
Ləman
-
Ekologiya07:17Bu gün 24 dərəcə isti olacaq - PROQNOZ
-
Magazin106:16“Səməni”nin içindən görün kim çıxdı - VİDEO
-
Sağlamlıq05:15Stressdən azad olmağın sadə və sürətli yolu
-
ABŞ02:42Sərnişin təyyarəsi işıq dirəyinə çırpıldı - Sonra çörək maşınının...
-
İdman01:11"İnter" vaxtından əvvəl İtaliya çempionu oldu
-
Region00:15Türkiyədə təhsil alan azərbaycanlı faciəli şəkildə HƏLAK OLDU - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgidə səmimiyyət sizi xoşbəxt edəcək
-
Hadisə3 May 22:48Lerikdə ildırım vuran gənc öldü



























.png)


.jpg)




