Arvadının onu döydüyünü deyərək polisə müraciət etdi
Bizi izləyin

Hadisə

Arvadının onu döydüyünü deyərək polisə müraciət etdi

Sabirabadda 37 yaşlı kişiyə xəsarət yetirilib.

Publika.az xəbər verir ki, DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, Sabirabad şəhər sakini 1988-ci il təvəllüdlü M.Musayev dünən saat 21 radələrində DİN-in “102 Xidməti-Zəng Mərkəzinə” müraciət edərək, həyat yoldaşının ona taxtadan olan məişət əşyası ilə xəsarət yetirdiyini bildirib.

Ona xəsarəti ilə bağlı xəstəxanada tibbi yardım göstərilib və evə buraxılıb.

Faktla bağlı Sabirabad RPŞ-də araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm