Kəlbəcərdə çox sayda hərbçimiz minaya düşdü - FOTO/YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Kəlbəcərdə çox sayda hərbçimiz minaya düşdü - FOTO/YENİLƏNDİ

Kəlbəcərdə mina partlaması nəticəsində xəsarət alan hərbçilərin sayı 5-ə çatıb.

Publika.az "Unikal"a istinadla xəbər verir ki, rayonun Vəng kəndi ərazisində "Ural"markalı avtomobil tank əleyhinə minaya düşüb. Bu zaman avtomobildə olanlar - 29 yaşlı N.Nuruyev, 29 yaşlı M.Qarayev, 42 yaşlı R.İsmayılov, 38 yaşlı E.Əhmədov xəsarət alıblar. Onlar yaxınlıqdakı hərbi hospitala yerləşdiriliblər. Yaralılara dərhal yardım edilib. Hazırda vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Hazırda hadisə yerinə adiyyatı qurumların əməkdaşları cəlb edilib.

Qeyd edək ki, minaya düşən "Ural" markalı avtomobil Azərbaycan Ordusuna məxsusdur. Xəsarət alanların hamısı hərbçidirlər. Faktla bağlı araşdırma aparılır.

xxx

22:48 - 05.08.25

Kəlbəcər rayonunda müddətdən artıq xidmət edən hərbçimiz minaya düşüb.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, 1986-cı il təvəllüdlü Emin Tanrıverdiyev minaya düşüb.

O, xəstəxanaya çatdırılıb, vəziyyəti kafidir.

Məlumat üçün bildirək ki, hərbiçimiz üç ildən artıqdır müddətdən artıq hərbi qulluqçu kimi xidmət edir.

E. Tanrıverdiyev Goranboy rayon sakinidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm