Tərtərdə ağır qəza: 3 nəfər öldü - ADLAR
Bizi izləyin

Hadisə

Tərtərdə ağır qəza: 3 nəfər öldü - ADLAR

Tərtərdə yol nəqliyyat hadisəsi zamanı 3 nəfər vəfat edib.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, qəza Hindarx Borsunlu yolunun Tərtər rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "OPEL" markalı minik maşını "KamAZ" markalı avtomobillə toqquşub. Nəticədə minik avtomobilində 3 nəfər hadisə yerində ölüb.

Baş verən yol-nəqliyyat hadisəsində ölənlərin kimliyi də məlum olub.

Qəzada ölənlər bunlardır:

"Opel" markalı avtomobilin sürücüsü, 1972 - ci il təvəllüdlü Tərtər şəhər sakini Mustafayev Ramin Nurəddin oğlu; sərnişinlər, 1974 - cü il təvəllüdlü Quliyev Həbib İvan oğlu və onun oğlu 1998 - ci il təvəllüdlü Quliyev Vudadi Həbib oğlu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm