Hadisə
Bakının məşhur ticarət mərkəzinin qarşısında ağır qəza - VİDEO

Bakıda ağır yol qəzası baş verib.
Publika.az “Yeni Sabah”a istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Metropark” ticarət mətkəzinin qarşısında qeydə alınıb.
Takisi kimi istifadə edilən “Honda” markalı nəqliyyat vasitəsi yolu keçmək istəyən gənc qadını vurub. Nəticədə piyada ciddi xəsarət alıb.
Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb. Yaralı xəstəxanaya aparılıb.
Hadisə şahidlərinin bildirdiyinə görə, gənc qadın yolu keçən zaman qulağında qulaqlıq olub və avtomobilin səsini eşitməyib. Eyni zamanda, nəqliyyat vasitəsinin gəldiyini görməyib. Nəticədə qəza baş verib.
Faktla bağlı araşdırma aparılır.
-
Sosial17:12
Bu şəxslərin kommunal xərclərinin 20 faizini dövlət ödəyəcək
-
Cənubi Qafqaz16:36
ATƏT sədri İrəvanda erməniləri məyus etdi
-
Rəsmi xronika16:25
İlham Əliyev fərman imzaladı
-
Sosial15:57
Azərbaycan əhalisinin sayı artdı
-
Sosial14:17
Əli Əsədovdan taksilərlə bağlı QƏRAR
-
Dünya13:00
Trampdan sirli açıqlama: Avropada bəyənmədiyi liderlər kimlərdir?
-
Dünya11:53
Ərdoğanın Meloniyə siqaretlə bağlı tövsiyəsi dünya mətbuatını silkələdi
-
Rəsmi xronika11:13
İlham Əliyev Misir səfərindən paylaşım etdi