Milli Məclisin iclası keçirilir
Bizi izləyin

Hadisə

Milli Məclisin iclası keçirilir

Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası keçirilir.

Publika.az xəbər verir ki, iclasın gündəliyinə 11 məsələ daxil edilib.

Gündəliyə təklif edilən məsələlər aşağıdakılardır:

1. 8 noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Milli Məclisin Bəyanatı.

2. “Dövlət xidmətləri haqqında” qanun layihəsi (üçüncü oxunuş).

3. “Avtomobil nəqliyyatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).

4. Mülki Prosessual Məcəllədə, Cinayət-Prosessual Məcəllədə, Cəzaların İcrası Məcəlləsində və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).

5. “İpoteka haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).

6. Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş).

7. “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanun layihəsi (ikinci oxunuş).

8. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).

9. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).

10. “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).

11. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm