Hadisə
Göyçayda dəhşətli qəza: ölən var - Yaralıların vəziyyəti ağırdır
Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Publika.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Mırtı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" və "VAZ 2106" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 1998-ci il təvəllüdlü Rauf Haqverdiyev, 1995-ci il təvəllüdlü Kərim Məsimov, 2000-ci il təvəllüdlü İsa Əliyev, 2006-cı il təvəllüdlü Loğman Əliyev, 2020-ci il təvəllüdlü O.M, 2020-ci il təvəllüdlü A.M xəsarət alıb. 2018-ci il təvəllüdlü N.M isə aldığı xəsarətlərdən vəfat edib.
Göyçay Rayon Mərkəzi Xəstəxanasından verilən məlumatda bildirilib:
"Bu gün saat 16:20 radələrində Göyçay rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 7 nəfər (kişi) Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin travmaları, qapalı kəllə-beyin travması, başın təpə sümüyünün sınıqları, üzün və bədənin müxtəlif nahiyələrinin kəsilmiş, sıyrılmış yaraları diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri ağır qiymətləndirilən 1998-ci il, 2000-ci və 2020-ci il (2 nəfər) təvəllüdlü pasiyentlərin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.
1995-ci il təvəllüdlü pasiyentin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən 2006-cı il təvəllüdlü şəxs ambulator müalicə üçün evə buraxılıb.
Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 17:00 radələrində 2018-ci il təvəllüdlü şəxsin ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə təhvil verilib".
-
Sosial02:44Bakı səmasında möhtəşəm hilal görüntüsü - Foto
-
Qoroskop00:45Günün ulduz falı: gələn təkliflər yeni qapılar açacaq
-
Hadisə17 İyun 21:39Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı - Mən o videoya baxdım...
-
ABŞ17 İyun 21:13"Arthur" yaxınlaşır - Cümə günü faciə törədəcək
-
Elm və təhsil17 İyun 20:22II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi elan edildi
-
Hadisə17 İyun 20:10Qızını dəhşətli qəzada itirən vəkil valideynlərə çağırış etdi
-
Səhiyyə17 İyun 18:4016 yaşlı Məleykənin ölümünə səbəb olan cərraha bu cəza verildi
-
Sosial17 İyun 16:37Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi
















.jpg)

















