Hadisə
Qızlara 183 min manat pul xərcləyənə hökm oxundu
Naxçıvanda "Collabera" MMC-nin əməkdaşı şirkətin külli miqdarda pulunu ələ keçirib.
Publika.az"Qafqazinfo"ya istinadən xəbər verir ki, şirkətdə aparılmış audit yoxlaması nəticəsində satış təmsilçisi 1989-cu il təvəllüdlü Sadiq Kərimovun (ad-soyad şərtidir) 183 min manatlıq mənimsəmə etdiyi üzə çıxıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2-ci (Külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət işi açılıb. Məlum olub ki, Sadiq şirkətdən dəfələrlə qeyri-qanuni yolla mallar çıxarıb və bunların guya hansısa mağazalara nisyə verildiyini söyləyib. Lakin sonradan Sadiqin həmin malları mağazalara vermədiyi, digər şəxslərə sataraq pulu özünə götürdüyü bəlli olub.
Həmçinin müəyyən edilib ki, Sadiq ələ keçirdiyi külli miqdarda vəsaiti bir neçə ay müddətində münasibəti olduğu qızlara xərcləyib. O, Bakıda və Naxçıvanda kirayə evlər tutub, qızlar və dostları ilə çoxsaylı içki məclisləri təşkil edib. Onlara bahalı telefonlar, gül buketləri və sair hədiyyələr edib. Bu səbəbdən S.Kərimovun ailəsində də problem yaranıb, həyat yoldaşı uşaqları götürərək evi tərk edib.
Cinayət işinin ibtidai istintaqı bir müddət əvvəl başa çatıb və iş baxılması üçün Naxçıvan Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmədə "Collabera" şirkətinin nümayəndəsi Sadiqin şirkətə vurduğu zərəri artıq tam şəkildə ödədiyini bildirib və onun barəsindəki şikayəti geri götürüb.
Məhkəmənin 29 dekabr tarixli hökmü ilə S.Kərimova 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Lakin cəza 1 il 6 ay sınaq müddəti təyin edilməklə şərti hesab olunub.
-
Hadisə21:39Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı - Mən o videoya baxdım...
-
ABŞ21:13"Arthur" yaxınlaşır - Cümə günü faciə törədəcək
-
Elm və təhsil20:22II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi elan edildi
-
Hadisə20:10Qızını dəhşətli qəzada itirən vəkil valideynlərə çağırış etdi
-
Səhiyyə18:4016 yaşlı Məleykənin ölümünə səbəb olan cərraha bu cəza verildi
-
Sosial16:37Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi
-
Rəsmi xronika15:43İlham Əliyev sərəncam imzaladı
-
Hadisə14:30Fərhad Mehdiyevin qızının həlak olduğu qəzanın görüntüləri - VİDEO










.jpg)




.jpg)





















