Hadisə
Narkotikə görə tutulan şəxs azyaşlı qızına qarşı əxlaqsız hərəkətlər edirmiş
Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanılan şəxsin daha ağır cinayətinin üstü açılıb.
Publika.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Sabunçu rayonu Buzovna qəsəbəsində saxlanılan 1995-ci il təvəllüdlü Şakir Səlimovun (ad-soyad şərtidir) telefonuna baxış keçirilərkən onun azyaşlı qıza qarşı etdiyi əxlaqsız hərəkətləri əks etdirən videolar üzə çıxıb.
Müəyyən edilib ki, narkotik aludəçisi olan şəxsin iyrənc hərəkətlər etdiyi qız onun 2020-ci il təvəllüdlü doğma övladıdır. Ş.Səlimovun 2024-2025-ci illərdə mütəmadi olaraq narkotikin təsiri altında əxlaqa sığmayan hərəkətlər etdiyi məlum olub.
Faktla bağlı Cinayət Məcəlləsinin 150.3.3-cü (14 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq əməlləri) maddəsi ilə iş açılıb.
O, ifadəsində törətdiyi əməlləri etiraf edib. Həmin videoları narkotikin təsiri altında olarkən çəkdiyini deyib. Onun həyat yoldaşı isə baş verənlərdən xəbərsiz olduğunu, görüntülərin üzə çıxmasından sonra bunları bildiyini söyləyib.
Həmçinin vurğulanıb ki, Ş.Səlimov müharibə iştirakçısıdır. Müharibədən sonra parkların birində bağban işləyirmiş.
Bakı Ağır Cinayətlər Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə ona 15 il həbs cəzası verilib. Hökmdə Şakir Səlimovun narkomaniyadan məcburi müalicəyə təyin olunması və narkoloji dispanserdə qeydiyyata alınması da qeyd edilib.
-
Hadisə21:39Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı - Mən o videoya baxdım...
-
ABŞ21:13"Arthur" yaxınlaşır - Cümə günü faciə törədəcək
-
Elm və təhsil20:22II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi elan edildi
-
Hadisə20:10Qızını dəhşətli qəzada itirən vəkil valideynlərə çağırış etdi
-
Səhiyyə18:4016 yaşlı Məleykənin ölümünə səbəb olan cərraha bu cəza verildi
-
Sosial16:37Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi
-
Rəsmi xronika15:43İlham Əliyev sərəncam imzaladı
-
Hadisə14:30Fərhad Mehdiyevin qızının həlak olduğu qəzanın görüntüləri - VİDEO










.jpg)




.jpg)





















