Hadisə
Azərbaycanlı ata və oğulu güllələyən şəxsin görüntüsü - VİDEO
Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli şəhərinin bazarında baş verən silahlı insidentin bəzi təfərrüatı bəlli olub.
Publika.az Oxu.az-a istinadən xəbər verir ki, insidenti törədən şəxsin hadisə yerindən qaçmasının görüntüləri yayılıb.
Təhlükəsizlik kameralarından əldə edilən görüntülərə görə, hadisəni törədən şəxsin gənc oğlan olduğu müəyyən edilib.
Görüntülərdə şübhəli şəxsin əlində odlu silah hadisənin baş verdiyi yerdən qaçdığı əks olunub.
Xatırladaq ki, hadisə dünən Marneuli mərkəzi bazarının qızıl məmulatları satılan hissəsində baş verib. Qızıl mağazasının sahibi olan Bayramovlar - ata Telman Bayramov və oğlu Sahib Bayramov naməlum şəxs tərəfindən güllələnib. Yaralılar Marneulidə yerləşən klinikalara yerləşdirilib. Telman Bayramov müalicə aldıqdan sonra evə buraxılıb, 26 yaşlı Sahib Bayramov isə xəstəxanada keçinib.
-
Elm və təhsil20:22II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi elan edildi
-
Hadisə20:10Qızını dəhşətli qəzada itirən vəkil valideynlərə çağırış etdi
-
Səhiyyə18:4016 yaşlı Məleykənin ölümünə səbəb olan cərraha bu cəza verildi
-
Sosial16:37Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi
-
Rəsmi xronika15:43İlham Əliyev sərəncam imzaladı
-
Hadisə14:30Fərhad Mehdiyevin qızının həlak olduğu qəzanın görüntüləri - VİDEO
-
Magazin213:13Şvartsenegger 14 illik sevgilisini üzə çıxardı: Görün kimdir - FOTO
-
Region12:04Simonyanla Anelya rəsmi nikaha girdilər






.webp)







.jpg)

.jpg)



















