28 dəfə "102"yə zəng etdi - Cərimə olundu
Bizi izləyin

Hadisə

28 dəfə "102"yə zəng etdi - Cərimə olundu

28 dəfə "102"yə zəng etdi - Cərimə olundu

Daxili İşlər Nazirliyinin (DİN) 102 Zəng Mərkəzinə əsassız olaraq ardıcıl zənglər edən şəxs saxlanılıb.

Publika.az Qaynarinfo-ya istinadən xəbər verir ki, 1975-ci il təvəllüdlü, Abşeron rayonunda anadan olmuş S.E. barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

Məlum olub ki, təqsirləndirilən şəxs bir neçə gün əvvəl saat 15:16 radələrində 102 xidmətinə ardıcıl olaraq 28 dəfə zəng edərək operatorları təhqir edib, iş rejimini pozub, zəng xəttini məşğul saxlayaraq digər vətəndaşların müraciət etməsinə mane olub.

Məhkəmə iclasında o, özünü təqsirli bilib, əməlindən peşman olduğunu bildirib. Həmçinin 1-ci dərəcəli sağlamlıq imkanları məhdud şəxs olduğunu, qəbul etdiyi dərmanların təsiri ilə aqressivləşdiyini və bunun nəzərə alınmasını xahiş edib.

Məhkəmə onun sağlamlıq vəziyyətini nəzərə alaraq 50 manat cərimə qərarı çıxarıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm