Dünya
Dünya üçün əsas təhdid Putin yox, Trampdır: Sorğunun şok nəticəsi
İspanların 81 faizi ABŞ Prezidenti Donald Trampı sülhə təhdid hesab edir ki, bu da Vladimir Putindən (79,3%) iki faiz çoxdur.
Publika.az xəbər verir ki, bu, aprel ayında keçirilən “El Pais/Cadena SER” sorğusunun nəticəsidir.
Sorğuda respondentlərdən qlobal sabitliyə ən böyük təhlükə yaradan liderlərin adlarını çəkmələri istənilib.
İsrailin Baş naziri Binyamin Netanyahu 71,2% səslə üçüncü yerdə qərarlaşıb. Ondan sonra İranın Ali Lideri Müctəba Xamenei (62,9%), Kim Çen In (62,25%) və Si Cinpin (49,3%) gəlir.
Sorğunun nəticələri İspaniya cəmiyyətinin ümumi əhval-ruhiyyəsini əks etdirir: ABŞ-İsrail əməliyyatının başlanğıcından bəri Madrid açıq şəkildə tənqidi mövqe tutaraq ABŞ-ın İrana qarşı hücumlar üçün birgə hərbi bazalardan istifadə hüququnu rədd edib. Buna cavab olaraq Tramp İspaniya ilə ticarəti tamamilə kəsəcəyi ilə hədələyib. Baş nazir Pedro Sançes də öz növbəsində ABŞ-ın hərəkətlərini qınayaraq, onları beynəlxalq hüquqa zidd adlandırıb.
Müəllif: Tural
-
Sağlamlıq05:15Şam yeməyini gec yeyənlərə XƏBƏRDARLIQ
-
Magazin204:44Məşhur aktyorun ölüm xəbəri yayıldı - FOTO
-
Magazin101:41Lalə Azərtaş yeni verilişlə geri dönür
-
Magazin100:45Azərbaycanlı aparıcı boşanır? - “Hər şey ola bilər” (FOTO)
-
Qoroskop00:15Günün ULDUZ FALI - Siz artıq doğru yoldasınız
-
Sosial00:00Əhəd Abıyev bir ildə ikinci qardaşını itirdi - FOTO
-
Region5 May 22:12Tehranda dəhşətli yanğın: çox sayda yaralı var - VİDEO
-
Elm və təhsil5 May 22:00Cəlilabadda gənc müəllim vəfat etdi
























.png)

.jpg)





