Dünya
Dəməşqdə tarixi görüş: Yaxın Şərqdə yeni dövrün başlanğıcı - Əsas memar Türkiyədir
Xəbər verdiyimiz kimi, Suriyanın paytaxtı Dəməşqdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, Ukrayna prezidenti Volodimir Zelenski və Suriya prezidenti Əhməd Əl Şaraanın iştirakı ilə zirvə görüşü keçirilib.
Publika.az xəbər verir ki, İsrailin "Israel Defense News" nəşri bununla bağlı təhlil yazısı dərc edib.
"Dəməşqdə tarixi üçtərəfli zirvə görüşü: Fidan, Zelenski və Şaraa Ukrayna ilə Suriya arasında yeni körpülər qurmaq üçün görüşürlər" başlıqlı xəbərdə Türkiyənin prosesdəki vasitəçi rolu vurğulanıb.
Təhlildə bu üçtərəfli görüşün 2024-cü ilin dekabr ayında Bəşər Əsəd rejiminin devrilməsindən sonra Kiyev və Dəməşq arasında münasibətlərin bərpasında mühüm diplomatik addım olduğu bildirilib. Qeyd olunub ki, Türkiyə bu yeni dövrün ən vacib memarıdır. Həmçinin vurğulanıb ki, Hakan Fidanın Dəməşqə gedib görüşə sədrlik etməsi güclü diplomatik mesaj daşıyır.
İsrail mediası sammitin təkcə diplomatik əlaqə deyil, həm də Türkiyənin bölgədəki təsirini artırmaq üçün çox vacib olduğunu qeyd edib: “Türkiyə üçün bu sammit bölgədəki təsirini genişləndirmək yolunda bir fürsətdir”.
Təhlilə əsasən, zirvə görüşündə Türkiyə ilə Suriya arasında əməkdaşlıq, yenidənqurma layihələri, iqtisadi potensialın inkişafı, eyni zamanda ümumi təhlükəsizlik təhdidləri, Ukraynadakı müharibənin bölgəyə təsirləri və Livandakı hadisələr müzakirə olunub.
“Hər iki tərəflə sıx münasibətlər saxlayan Türkiyə, keçmiş Astana razılaşmalarında olduğu kimi, körpü rolunu oynayır. Bu zirvə görüşü Yaxın Şərqdə yeni bir dövrün başlanğıcının simvoludur”, - məqalədə qeyd olunub.
Müəllif: Roza
-
Sağlamlıq05:15Şam yeməyini gec yeyənlərə XƏBƏRDARLIQ
-
Magazin204:44Məşhur aktyorun ölüm xəbəri yayıldı - FOTO
-
Magazin101:41Lalə Azərtaş yeni verilişlə geri dönür
-
Magazin100:45Azərbaycanlı aparıcı boşanır? - “Hər şey ola bilər” (FOTO)
-
Qoroskop00:15Günün ULDUZ FALI - Siz artıq doğru yoldasınız
-
Sosial00:00Əhəd Abıyev bir ildə ikinci qardaşını itirdi - FOTO
-
Region5 May 22:12Tehranda dəhşətli yanğın: çox sayda yaralı var - VİDEO
-
Elm və təhsil5 May 22:00Cəlilabadda gənc müəllim vəfat etdi
























.png)

.jpg)





