Hadisə
Şuşaya gedən ailə qəzaya düşdü: Ölən var
Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Publika.az oxu.az-a istinadla xəbər verir ki, hadisə aprelin 29-da gecə saatlarında Yevlax-Ləki yolunda baş verib.
Şuşadan olan keçmiş məcburi köçkün Şakir Həsənov özünə məxsus "VAZ-2107" avtomobilində idarəetməni itirərək yolun kənarındakı kanala aşıb. Hadisə nəticəsində Ş.Həsənovun nəvəsi, avtomobildə olan 2016-cı il təvəllüdlü Südabə Əliyeva dünyasını dəyişib, sürücü özü isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Məlumata görə, Ş.Həsənov ailəsi ilə birlikdə Şuşa şəhərinə gedirmiş. O, yolda sükan arxasında yuxulayıb və nəticədə avtomobil yoldan çıxaraq aşıb.
Faktla bağlı araşdırma aparılır.
-
İdman20:12“Qarabağ”dan erkən qol - CANLI/YENİLƏNİR
-
Ekologiya20:05Xəzərlə bağlı HƏYƏCAN TƏBİLİ: Suyun səviyyəsi son 200 ilin minimumuna endi - FOTO
-
Hadisə19:48Kəlbəcərdə mina partladı: xəsarət alan var
-
İdman19:36Görün Zidanın məşqçilər komandasına kim daxil oldu
-
Sosial18:48Lazeroloq Cahanı öldürmək istəyən şəxsə 10,5 il iş verildi
-
Sosial18:12Azərbaycanda yağlarda insan sağlamlığı üçün təhlükəli maddə aşkarlandı
-
Rəsmi xronika16:10İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı
-
Dünya14:57NASA-dan Ukraynanın ərazi bütövlüyünə HÖRMƏTSİZLİK


































