Hadisə
Sosial şəbəkələrdə mebel dələduzluğu etdi, saxlanıldı - Video
Son günlər sosial şəbəkələr və digər onlayn platformalarda ucuz qiymətə mebel satışı barədə elanlar yerləşdirilərək vətəndaşlara qarşı çoxsaylı dələduzluq halları qeydə alınıb.
Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Bakı şəhərində polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı Vüsal Hüseynov müəyyən edilərək tutulub.
Araşdırmalar zamanı məlum olub ki, o, sosial şəbəkələrdə və elan saytlarının birində mebellərin ucuz qiymətə satışı ilə bağlı saxta elanlar yerləşdirib. Bu yolla V.Hüseynov 40-a yaxın şəxsin etibarından sui-istifadə edərək onlara müxtəlif məbləğlərdə maddi ziyan vurub.
Şübhəli şəxs zərərçəkənlərdən beh aldıqdan sonra onlarla əlaqəni kəsib.
Araşdırmalar davam etdirilir.
Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, onlayn alış-veriş zamanı diqqətli olsunlar, tanımadıqları şəxslərə əvvəlcədən ödəniş etməsinlər, məhsulu görmədən və satıcının etibarlılığına əmin olmadan pul köçürməsinlər. Eyni zamanda şübhəli elan və hallarla qarşılaşdıqda dərhal polis əməkdaşlarına məlumat verilməsi tövsiyə olunur.
-
İdman18:36Bolqarıstan klubu “Qarabağ”la oyuna azarkeşsiz gələcək
-
Nida Xəbər 16:43Əli Əsədov qərar imzaladı
-
İdman13:50DÇ-nin finalındakı şouda rus sözləri aranı qarışdırıb, FİFA susur - FOTO
-
Ekologiya13:00Gecə yarısı partlayış olub - Yeri nə gözləyir?
-
Rəsmi xronika12:58Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi - Yeniləndi/Foto
-
Köşə11:54Kəsilməmiş qarpız fəlsəfəsi
-
Rəsmi xronika11:03İlham Əliyev Belçika Kralını təbrik etdi
-
Sosial10:24Azərbaycan əhalisinin sayı artdı






.jpg)












.jpg)




.jpg)













