Goranboyda yol qəzası baş verib, 5 nəfər xəsarət alıb
Bizi izləyin

Hadisə

Goranboyda yol qəzası baş verib, 5 nəfər xəsarət alıb

Goranboyda yol qəzası baş verib, 5 nəfər xəsarət alıb

Goranboyda yol qəzası baş verib, xəsarət alanlar var.

Publika.az Teleqraf-a xəbər verir ki, hadisə Bakı-Qazax magistral avtomobil yolunun Goranboy rayonundan keçən hissəsində qeydə alınıb.

"Chevrolet" markalı avtomobillə "VAZ 2107" markalı maşın toqquşub.

İlkin məlumata görə, qəza zamanı beş nəfər xəsarət alıb. Yaralılar xəstəxanalardan birinə yerləşdirlib.

Faktla bağlı araşdırma başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm