Göyçayda yol qəzası ölümlə nəticələndi - FOTO
Bizi izləyin

Hadisə

Göyçayda yol qəzası ölümlə nəticələndi - FOTO

Göyçayda yol qəzası ölümlə nəticələndi - FOTO

Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə gecə saatlarında rayon ərazisində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı hasara çırpılıb. Nəticədə avtomobildə olan 35 yaşlı Vasif İsmayılov hadisə yerində həyatını itirib, onunla həmyaşıd olan Nurlan Cəbrayılov isə xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb, hadisənin başvermə səbəbləri araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm