Lənkəranda zəncirvari qəza iki kəndi işıqsız qoydu - FOTO
Bizi izləyin

Hadisə

Lənkəranda zəncirvari qəza iki kəndi işıqsız qoydu - FOTO

Lənkəranda zəncirvari qəza iki kəndi işıqsız qoydu - FOTO

Lənkəran rayonunda dörd nəqliyyat vasitəsinin iştirakı ilə baş verən zəncirvari yol-nəqliyyat hadisəsi nəticəsində iki kəndin elektrik enerjisi təchizatında fasilə yaranıb.

Publika.az xəbər verir ki, qəza Lənkəran–Boradigah–Masallı avtomobil yolunun Separadi kəndi ərazisində qeydə alınıb.

Belə ki, Şağlaser kənd sakini, 2008-ci il təvəllüdlü Mirmehdi Hüseynovun idarə etdiyi “Qazel” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarında dayanmış Zövlə kənd sakini, 1985-ci il təvəllüdlü Elvin Şəfiyevə məxsus “Mercedes” markalı avtomobilə çırpılıb.

Zərbənin təsirindən hərəkətini davam etdirən “Qazel” daha sonra Zövlə kənd sakini, 1970-ci il təvəllüdlü Elvar Salayevin idarə etdiyi “VAZ-21099” markalı avtomobilə, eləcə də marketin qarşısında dayanmış Separadi kənd sakini, 2004-cü il təvəllüdlü Cavid Əzimzadəyə məxsus “VAZ-2106” markalı avtomobilə çırpılıb. Bundan sonra yük avtomobili yol kənarındakı beton elektrik dirəyinə dəyib.

Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Elektrik dirəyinin zədələnməsi səbəbindən Separadi və Zövlə kəndlərinin ümumilikdə 6 minə yaxın sakininin elektrik enerjisi ilə təchizatında fasilə yaranıb.

İlkin məlumata görə, qəzaya “Qazel” markalı avtomobilin sürücüsünün ötmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm