Hadisə
Oğrunu damda belə tutdular - VİDEO
Mağazadan oğurluq etmək istədi, iş başında yaxalandı. Hadisə Kürdəmir rayonunun Karrar kəndində yaşayan, ancaq Bakı şəhəri Qaradağ rayonunun Qızıldaş qəsəbəsində qeydiyyatda olan Səid İsayev Kürdəmir şəhərinin Bakı prospektindəki mağazalardan birindən oğurluq edərkən baş verib.
Kürdəmir rayon sakini Siyavuş Abdullayevə məxsus mağazanın damında gecə saatlarında səslərin gəldiyini ilk eşidənlər isə mühafizəçilər olublar:
”Hiss etdik ki, oğru mağazaya daxil olmaq istəyir. Növbə rəisimizə zəng etdik. Növbə rəisimiz köməyə gəldi. Sonra Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarını, polisi köməyə çağırdıq” - deyə mühafizəçi Araz Həsənov bildirib.
Əraziyə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları 25 yaşlı
oğrunu elə mağazanın dam örtüyü ilə tavanı arasındakı hissədən
yaxalayaraq çıxarıblar.
Sahibkar Siyavuş Abdullayevin sözlərinə görə, oğru bir neçə
dəqiqə ərzində müəyyən adda ərzaq və siqaretləri aparmağa çalışsa
da, onun istəyi boşa çıxıb: ”Lambirini cırıb, yerə atıb. Yuxarının
dəmirləri kəsilib, yerə tökülüb. Girib mənim kloklarımdan istifadə
edərək siqaretlərimi yığıb. Yuxarı qoyub, amma şiferin üstünə
qoymağa vaxt tapa bilməyib”.
Artıq polisin nəzarətində olan Səid İsayevin törətmək istədiyi
oğurluq faktı ilə bağlı araşdırma aparılır.
-
Dünya06:1610 yaşlı qız NASA-dan elə bir şey istədi ki... - Foto
-
Elm və təhsil03:18Nazirdən imtahanlarda sual hazırlayanlara müraciət
-
Qoroskop01:40Günün ulduz falı: Güclü emosiyalar sizi sarsıda bilər...
-
Dünya00:45“OpenAI” rəhbərinin evinə “Molotov kokteyli” atıldı - Foto
-
Nəqliyyat10 Aprel 22:48Bakının mərkəzi ərazilərində yenilik tətbiq ediləcək - Video
-
Magazin110 Aprel 20:36"Nikosayağı" aylar sonra göründü: qardaşının toyunda - Video
-
Dünya10 Aprel 19:50Ukrayna Xəzərdə neft platformalarını vurdu
-
Nəqliyyat10 Aprel 19:30Taksilərlə bağlı qaydalar dəyişdi? - AYNA-dan açıqlama






































