Afinanı özündən çıxaran ifadə: "Türk boğazları"
Bizi izləyin

Dünya

Afinanı özündən çıxaran ifadə: "Türk boğazları"

Afinanı özündən çıxaran ifadə:  "Türk boğazları"

Birləşmiş Millətlər Təşkilatının (BMT) hesabatlarında və beynəlxalq dənizçilik mətnlərində tez-tez istifadə edilən "Türkiyə boğazları" ifadəsi Afinanın narahatlığına səbəb olub.

Publika.az xəbər verir ki, Bəhreynin ev sahibliyi etdiyi BMT Təhlükəsizlik Şurasının dəniz təhlükəsizliyi ilə bağlı iclasında Türkiyənin Daimi Nümayəndəsi Əhməd Yıldızın çıxışında bu ifadəni işlətməsi Yunanıstan nümayəndə heyətini narahat edib.

Müzakirə iclas salonunda qısa diplomatik polemikaya çevrilib. Polemika Yıldızın "Türkiyə boğazlarından tranzit rejimi 1936-cı ildən bəri Qara dənizdə sahil və qeyri-sahil ölkələri arasında siyasi və hərbi tarazlıq yaradan Montrö Konvensiyası ilə tənzimlənir" deməsi ilə başlayıb.

Bu açıqlamalardan narahat olan Yunanıstanın BMT-dəki Daimi Nümayəndəsi İoannis Stamatekos etiraz edib. O, "Türkiyə boğazları" ifadəsinin 1936-cı il Montrö Konvensiyası ilə uyğunsuz olduğunu iddia edib. "Montrö Konvensiyasına görə, istifadə olunan terminologiya boğazlar və xüsusilə Dardanel (Çanaqqala) boğazı, Mərmərə dənizi və Bosfordur”, - deyə o bildirib.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm