Hadisə
Lerikə sel gəldi - FOTO
Son günlərdə Lerikə yağan intensiv yağış bu gün gunorta saatlarında güclü leysana çevrilib. ANS PRESS-in məlumatına görə, Lerikin rayon mərkəzinə və yuxarı kəndlərə bir neçə saat davam edən güclü yağışla yanaşı, qısamüddətli dolu da düşüb.
Yağan dolu və yağış ilk növbədə kənd təsərrüfatına ziyan vurub. Taxıl və kartof sahələri ,meyvə bağları zərər çəkib. Lerikin Noda kənd sakini Nail Qurbanov: "Taxılımız pis günə qaldı. Ot sahəsində ot biçmişdik, 500-600 pres yığşmışdıq, hazır vəziyyətdə gətirə bilmədik. Kənd təsərrüfatına aid nəyimiz var, hamısı sıradan çıxdı. Meyvə ağacları pis vəziyyətə düşüb".
Lerik şəhər sakini Tamara Əliyeva: "3 saata qədər davam elədi və aramsız yağdı. Leysan xarakterli yağış idi. Mənim 1 ha kartof sahəmi kartof qarışıq götürüb aparıb. Kartofu 60 qəpikdən alıb əkmişəm. İndi onun ziyanını mən çəkirəm".
Dağdan gələn sel suları şəhərdaxili küçələri bərbad vəziyyətə salıb. Yolun asfalt qatı sel sularından ciddi ziyan çəkib. Bir neçə saat davam edən aramsız yağış kanalizasiya qoyularının dolmasına və daşmasına səbəb olub. Hazırda kanalizasiya suları şəhər küçələri boyunca axır. Son günlərdə rayona düşən intensiv yağıntı rayon rəsmilərini də narahat edir.əsas narahatlıq kənd təsərrüfatı ilə bağlıdır.
Lerik rayon FHK-nın sədri Habil Məlikov dedi ki, əsasən taxıl zəmilərinə, biçilmiş ot sahələrinə çoxlu ziyan dəyib: "Zuvucdə 30, Şingədulanda 50 ha-dan yuxarı və digər ərazilərimizdə hektarlarla taxıl zəmilərinə ziyan dəyib. 2 min 8 h taxıl əkilmişdi. Verilən məlumata görə 200 ha-dan yuxarı taxıl zəmilərinə, eyni zamanda kartof əkinlərinə ziyan dəyməsi müşahidə olunur".
İntensiv yağıntı səbəbindən dağ çaylarında suyun həcmi kəskin artıb. Hazırda rayonda yağış səngiyib.
Bu il aprel ayında Lerik rayonuna son on illiyin ən güclü yağıntısı düşüb. 3 saata qədər davam edn intensiv yağış dağ çaylarının məcradan çıxmasına və güclü daşqınlara səbəb olub. Ani gələn sel suları əkin sahələrini məhv edib, xeyli sayda xırda və iri buynuzlu mal qaranı, ev quşlarını aparıb. Seldən ən çox rayonun yuxarı dağlıq ərazilərində yaşayan sakinlər ziyan çəkib. Leriklilər son 10 illikdə belə güclü sellə üzləşmədiklərini deyirlər.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
