Hadisə
Özünü Prezident Administrasiyasının əməkdaşı kimi təqdim edən dələduz tutuldu
Zərdab rayonunda dələduzluq edən şəxs tutulub.
Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, rayonun Alıcanlı kənd sakinlərinin şikayəti əsasında Tərtər rayonunun Qaradağlı kəndində anadan olmuş, Bakının Xutor qəsəbəsində kirayədə yaşayan 1960-cı il təvəllüdlü Müslüm Kəniş oğlu Mustafayev şübhəli şəxs qismində saxlanılıb.
İlkin araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs özünü Azərbaycan Respublikası Prezident Administrasiyasının Xüsusi şöbəsinin işçisi kimi təqdim etməklə Zərdab rayonun Alıcanlı kənd sakinlərinin problemlərini həll edəcəyini vəd edib, onları aldadaraq pullarını alıb.
Həmin şəxsin Alıcanlı kənd sakini Arif Əsgərovun Texniki Universitetdə oxuyan oğlunun imtahan kəsirlərini düzəldəcəyini vəd edərək ondan 1000 manat, Niyazi Abbasovu Daxili Qoşunların Xüsusi Təyinatlı Bölməsində işə düzəldəcəyini vəd edib 500 manat, Aqil Nəcəfova sosial yardım təşkil edəcəyini vəd edib 200 manat, Mahir Əsgərovun oğlunu Daxili Qoşunlarda işə düzəldəcəyini vəd edib ondan 500 manat pul aldığı bildirilib.
Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində cinayət işi açılıb. Müslüm Mustafayevin əvvəllər dəfələrlə dələduzluq cinayətinə görə məhkum olunduğu açıqlanıb.
Onun digər dələduzluq əməllərində iştirak edib-etmədiyi araşdırlır.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
