Hadisə
Abşeronda kişi arvadını qayçıladı
Bakı sakini arvadına qayçı xəsarət yetirib. Hadisə Abşeron rayonunda qeydə alınıb.
Abşeron Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Xırdalan şəhərinin 28-ci məhəlləsində şəhər sakini Ramazan Dünyamalıyev münaqişə zəminində keçmiş arvadı 1988-ci il təvəllüdlü Şəbnəmə Mürşüdovaya qayçı ilə xəsarət yetirib hadisə yerini tərk edib.
Yaralı ailə üzvlərinin çağırdığı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatını xilas edə biliblər.
Keçmiş arvadını qayçılayan R.Dünyamalıyev Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən tutularaq Abşeron Rayon Polis İdarəsinə təhvil verilib.
Ərin öz arvadına xəsarət yetirdiyi daha bir hadisə Nərimanov rayonu ərazisində baş verib. X. R. Ulutürk küçəsi ev 79 ünvanında yaşayan, 1971-ci il təvəllüdlü Şamil Bağırov yaşadığı evdə arvadı, 1981-ci il təvəllüdlü Pərvanə Qurban qızı Əhmədovanı boyun və ayaq nahiyəsindən bıçaqlayıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
