Hadisə
Tərtərdə "Qrad" tapılıb - FOTO
Tərtər rayonunda "Qrad" raketinin mühərrik hissəsi aşkar edilib. Bu barədə Publika.az-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.
Tərtər rayonu
Şıxarx kəndi - 4 ev və həyətyanı sahədə 6 partlayış yerinə baxış keçirilib, nəticə etibarilə 34 000 kv.m ərazi yoxlanılıb.
Cəmilli kəndi - 1 ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilib və 1 ədəd "Qrad" raketinin mühərrik hissəsi aşkar edilərək götürülüb, nəticə etibarilə 8000 kv.m ərazi yoxlanılıb.
Ağdam rayonu
Qaradağlı kəndi - 2 ev və həyətyanı sahədə 3 partlayış yerinə baxış keçirilib, nəticə etibarilə 1000 kv.m ərazi yoxlanılıb.
Füzuli rayonu
Horadiz şəhəri - 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, nəticə etibarilə 1610 kv.m ərazi yoxlanılıb.
3 iyun tarixində 7 ev və həyətyanı sahə, 3 əkin sahəsi, 16 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (1 ədəd "Qrad" raketinin mühərrik hissəsi) aşkar olunaraq götürülüb və gün ərzində 44 610 kv.m ərazi təmizlənib.
Ümumilikdə ANAMA tərəfindən 7 aprel - 3 iyun 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 568 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 21 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1489 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.
-
Ekologiya12:40Bakıda yağış yağacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:30“Əsrin müqaviləsi” iqtisadi tariximizdə yeni mərhələ açdı - Nazir
-
Digər12:11Yapon dənizində gərginlik: Cənubi Koreyaya naməlum mərmi atıldı
-
MDB10:50Rusiya Ukrayna tankerini belə vurdu - VİDEO
-
Region08:24İstanbuldan Moskvaya uçan təyyarə geri döndü
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin206:16Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Hadisə03:43Astarada ağır qəza: ölən və xəsarət alanlar var

































.jpg)



