Hadisə
Xaçmazda iş adamının başını kəsdilər (YENİLƏNİB)
Xaçmaz rayonunda dəhşətli qətl hadisəsi baş
verib.
AzNews.az xəbər verir ki, hadisə bu gecə Xaçmaz bazarı
yaxınlığında yerləşən evlərdən birində qeydə alınıb. Belə ki, öz
həyətində topdansatışla məşğul olan İlqar adlı rayon sakinin evinə
naməlum şəxslər girib. Sözügedən şəxslər əvvəlcə həyətdəki iti
öldürüblər. Daha sonra isə İlqarın başını kəsiblər.
Xaçmaz rayon prokurorluğundan faktı təsdiqləyiblər. Bildiriblər
ki, hazırda hadisəylə bağlı araşdırma gedir. Ətraflı məlumat
veriləcək.
AzNews.az-ın əldə etdiyi məlumata görə, bu vaxta kimi İlqarın həyətinə bir neçə dəfə oğrular girib. Onun həyətində it saxlamasına da səbəb oğruların tez-tez basqın etməsi olub.
***
10:00
Xaçmaz rayonunda qətl hadisəsi baş verib.
APA-nın şimal bürosunun məlumatına görə, Xaçmaz şəhər Mirzə Fətəli Axundov küçəsində yaşayan 1963-cü il təvəllüdlü Məmmədov İlqar Rüstəm oğlu yaşadığı evdə qətlə yetirilib.
Hazırda hadisə yerində hüquq mühafizə orqanlarının əməkdaşları çalışır.
İ. Məmmədov ticarət mallarının topdan satışı ilə məşğul olub.
Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO




































.jpg)

.jpg)