Hadisə
Masallıda 16 yaşlı qız 1 ildir itkin düşüb - FOTO
Masallı rayonunda 16 yaşlı qiz bir ilə yaxındır, itkin düşüb. Ailə üzvlərinin və rayonun hüquq-mühafizə orqanlarının axtarışları hələ ki, səmərə verməyib.
APA-nın cənub bürosunun məlumatına görə, Masallı rayonu Təklə kənd sakini, 2000-ci il təvəllüdlü Səidə Fərhad qızı Cəfərova 2015-ci il iyul ayının 5-də səhər saat 10:00 radələrində yaşadığı evdən həyətə düşərək yoxa çıxıb.
Anası Bibixanım Cəfərovanın sözlərinə görə, əkin sahəsindən evə gələrək qızından çay istəyib. Səidə isə “İndi gətirirəm” deyərək həyətə düşüb. Ana bir müddət gözləsə də, Səidədən xəbər çıxmayıb. Bibixanım Cəfərova qızını nə qədər çağırsa da, səsinə hay verən olmayıb. O, vaxtda Səidədən bir xəbər yoxdur.
Valideynlərinin sözlərinə görə, Səidə həyətə düşərkən ev paltarında olub və özü ilə heç bir əlavə əşya, ya da yeni pal-paltar götürməyib. Həmin günə kimi qız heç mobil telefon da işlətməyib. Ancaq evdən çıxarkən anasının mobil telefonunu özü ilə aparıb. Ailə üzvləri həmin mobil telefona dəfələrlə zəng vursalar da, cavab verən olmayıb. Bir saatdan sonra isə mobil telefon söndürülüb.
Səidənin valideynləri qızlarının sevdiyi şəxsə qoşulub qaçması ehtimalını da mümkünsüz hesab edirlər. Çünki ötən 11 ay ərzində qızdan heç bir xəbərin çıxmaması valideynlərinin bu şübhəsini heç edib. Onlar qızlarının oğurlanaraq aparıldığı istisna etmirlər.
Qeyd edək ki, Səidə Cəfərovanın itkin düşməsi barədə Masallı rayonunun hüquq-mühafizə orqanlarına, icra strukturlarına da məlumat verilib. Polis qızın axtarışlarını davam etdirir.
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO




































.jpg)

.jpg)