Hadisə
Azərbaycan səfirliyinin avtomobili qəzaya düşdü - FOTOLAR
Azərbaycanın Ukraynadakı səfirliyinin xidməti avtomobili Kiyev şəhərində zəncirvari yol qəzasına düşüb.
Publika.az "Report"a istinadən xəbər verir ki, Naberejno-Kreşatitskaya küçəsində Poçtovaya meydanından Podola rayonu istiqamətində baş verən qəza zamanı 4 maşın toqquşub.
Hadisə iştirakçılarından birinin sözlərinə görə, Azərbaycan səfirliyinə məxsus "Opel" markalı avtomobil hərəkətdə olarkən ona arxadan "VAZ" markalı maşın çırpılıb. Nəticədə "Opel" 180 dərəcə çevrilib. Zərbənin gücündən yol kənarında dayanan daha iki maşına ziyan dəyib.
Xilasedicilər yerə dağılan yanacağın alovlanmasının qarşısını almaq üçün asfalta su tökmək məcburiyyətində qalıblar.
"Opel"in sərnişini və "Jiquli"nin sürücüsünə hadisə yerində ilkin tibbi yardım göstərilib. Hər iki zərərçəkən xəstəxanaya aparılmaqdan imtina edib.
İnsident səbəbindən Podola istiqamətində maşınların hərəkəti tamamilə dayandırılıb. Qəzanın təfərrüatları dəqiqləşdirilir.
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı





































.jpg)

.jpg)