Hadisə
Bakıda dəhşətli avtobus qəzası: Günahkar məlum oldu... - FOTO/VİDEO (YENİLƏNİB)
Bu gün saat 08:00 radələrində Bakı şəhəri Suraxanı rayonu Heydər Əliyev prospektində müntəzəm sərnişin daşıma fəaliyyəti göstərən “Ayşən LTD” MMC-nin müvəqqəti istismarında olan 171 saylı marşrut xətt üzrə xidmət göstərən 10 TF 993 dövlət qeydiyyat nişanlı “Daewoo” markalı avtobus və “Shacman” markalı yük avtonəqliyyat vasitəsinin iştirakı ilə ağır yol nəqliyyat hadisəsi baş verib.
Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarovanın APA-ya verdiyi məlumata görə, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə baş verəndən dərhal sonra Bakı Nəqliyyat Agentliyinin məsul şəxsləri hadisə yerinə gəlib. Hüquq mühafizə orqanı əməkdaşları ilə birgə hadisə yerinə keçirilən ilk baxış zamanı “Shacman” markalı yük avtomobilinin dövlət nömrə nişanın nəqliyyat vasitəsinin üzərindən çıxarılaraq götürüldüyü müəyyən edilib. Hadisə şahidlərinin ilkin dindirilməsi zamanı məlum olub ki, qəza “Shacman” markalı yük avtomobilinin sürət həddini aşması səbəbindən baş verib. Yüksək sürətlə hərəkətdə olan yük avtomobili arxadan 171 saylı sərnişin avtobusuna çırpılıb. Nəticədə avtobus aşıb. Həmin vaxt yolda hərəkətdə olan “VAZ-2107” markalı minik avtomobili də aşan avtobusa çırpılıb.
Xəsarət alanların səhhəti və müalicəsi ilə yerində maraqlanmaq üçün Bakı Nəqliyyat Agentliyinin rəhbərliyi, eləcə də daşıyıcı şirkətin nümayəndələri müalicə müəssisəsində olub: “Xüsusi olaraq vurğulamaq istərdik ki, Bakı Nəqliyyat Agentliyi xəsarət alanların müalicəsini diqqət saxlayır. Hazırda baş vermiş ağır yol nəqliyyat hadisəsi ilə hüquq mühafizə orqanları araşdırma aparır. Hadisənin dəqiq baş vermə səbəbi də bu araşdırmalardan sonra məlum olacaq”.
13:45
Bakının Suraxanı rayonu ərazisində - aeroport yolu kimi tanınan ərazidə sərnişin avtobusu qəzaya uğrayıb. Suraxanı Rayon Polis İdarəsindən anspress-ə verilən məlumata görə, hadisə Mərdəkan qəsəbəsi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, 171 saylı sərnişin avtobusu ilə yük maşını toqquşub. Hadisə yerinə idarənin polis əməkdaşları cəlb edilib.
Qəza nəticəsində 21 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir. Onlardan 14-ü ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb, 5 nəfərin vəziyyəti nisbətən ağır olduğu üçün 3 saylı şəhər klinik xəstəxanasına yerləşdiriliblər.
Hazırda palatalara yerləşdirilən xəstələrin kimliyi müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
-
Sağlamlıq23 İyul 23:36Bu axşam vərdişi yuxunu pozur
-
Magazin123 İyul 23:24Oksana və oğlu Batumidə xəstəxanaya düşdü
-
Art23 İyul 23:12Nazir Flora Kərimovanın ad gününü evində təbrik etdi - FOTO
-
Avropa23 İyul 22:36Səudiyyə şahzadəsi Londondakı dəbdəbəli oteldə ÖLÜ TAPILDI
-
İdman23 İyul 22:24Mahir debüt oyununda qol vurdu
-
Hadisə23 İyul 21:36Xankəndidə kafe yandı, işçilər xəsarət aldı
-
İdman23 İyul 21:12Devid Bekhemin başındakı keçəlləşmə ajiotaj yaratdı - FOTO
-
Magazin123 İyul 20:48Aygün Bəylərin bacısı soyadını dəyişdi - VİDEO


















.png)


.jpg)

.jpg)












