Hadisə
Bakıda BİABIRÇILIQ: itin belə əyləşdiyi kafedən ağsaqqal kişini qovdular - FOTO
Bu gün Bakının kafelərindən birində xoşagəlməz anlar yaşanıb.
Publika.az-ın məlumatına görə, Rahman Haji adlı Facebook istifadəçisi öz hesabında Coffeeshop Company-da bir yaşlı kişiyə qarşı hörmətsizlik olduğunu bildirib. İstidə boş stol arxasında əyləşərək bir az nəfəsini dərmək istəyən kişiyə ofisiant yaxınlaşaraq bir stəkan su və 1 manat verib sonra isə iaşə obyektini tərk etməyi təklif edib. O, bunun restoran rəhbərliyinin göstərişi olduğunu bildirib. Kişi ofisianta baxaraq isti olduğunu və bir az dincəlmək istədiyini bildirib.
Restoranda cəmi 3 stolun boş olmasına baxmayaraq ağsaqqal kişiyə orda yer tapılmayıb. Rahman Haji hətta öz itinin belə restoranda problemsiz əyləşdiyini, ancaq bu ağsaqqal kişiyə iaşə obyektində yer olmadığını vurğulayır. Qəhrəmanımız ofisianta ağsaqqal kişi üçün sifariş verib onu restoranda əyləşdirmək təklifi edəndə ofisiant rəhbərliyin göstərişini xatırladaraq razı olmayıb. Vəziyyəti belə görən ağsaqqal kişi kafeni tərk edib. Heç 5 metr getməmiş isə yerə çökərək oturub. Rahman Haji ağsaqqal kişiyə yaxınlaşaraq onun nə istədiyini soruşub və ona pul verib. Ağsaqqal "heç nə lazım deyil oğlum, 5 dəqiqə oturub gedəcəm" deyərək oradan uzaqlaşıb.
Sonda Rahman Haji "İnsanların "birinci" və "ikinci" sorta ayrıldıqları yerdə mən yoxam. Sizə də ora getməyi məsləhət görmürəm" deyə bildirib.
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Magazin106:16Atası ilə fotosunu paylaşıb bunları yazdı - FOTO
-
Region05:45İran əhalisi hakimiyyətdən nə tələb edir? - Rezayi AÇIQLADI
-
İdman03:13“Barselona”dan darmadağın - VİDEO
-
Art01:11Alyona Əliyeva Daş Salnamə Muzeyindən paylaşım etdi - FOTO
-
Magazin100:45Nanə Ağamalıyeva uzun aradan sonra - FOTO
-
Magazin200:15Maykl Duqlas Cek Nikolsonun hara yoxa çıxdığını AÇIQLADI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Tezliklə hər şey daha yaxşı olacaq



























.jpg)







.jpg)

.jpg)