Hadisə
Bakıda qəza: qaldırıcı kran aşdı - VİDEO
Bakının Yasamal rayonu ərazisində qəza hadisəsi baş verib.
ANS PRESS-in məlumatına görə, hadisə paytaxtın İnşaatçılar
prospekti 31 ünvanında, Dövlət Statistika Komitəsi qarşısında səhər
saatlarında baş verib.
Qəza ərazidəki reklam lövhəsini götürmək üçün gələn qaldırıcı
kranın aşması nəticəsində meydana gəlib.
Hadisə yerinə hazırda BŞİH-in işçiləri cəlb olunub, qaldırıcı
kranın və reklam lövhəsinin götürülməsi üçün işlər
aparılır.
Hadisə ərazisində avtomobillər olsa da, heç birinə zərər dəyməyib. Eləcə də qaldırıcı kran uzaqdan idarə edildiyi üçün kabinə boş olub və bu səbəblə də xəsarət alanın olmadığı bildirilir.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Publika.az-a verilən məlumata görə, məlum qəza ilə əlaqədar olaraq yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Yola aşmış texnikanın ərazidən götürülməsi üçün iş aparılır.
-
Hadisə02:00Xəzər dənizində zəlzələ oldu
-
Səhiyyə01:41Demensiyanın gözlənilməz gizli səbəbi müəyyən edildi
-
Yaxın Şərq00:45İrana qarşı əməliyyat başa çatıb? - Netanyahudan AÇIQLAMA
-
Qoroskop00:15Günün ULDUZ FALI - Gözəllik görmək gözəldir, amma...
-
İdman11 Aprel 23:36Ronaldo karyerasının 968-ci qolunu vurdu
-
Ekologiya11 Aprel 22:36"Yeddi aya yağan yağış iki gündə yağdı" - VİDEO
-
Yaxın Şərq11 Aprel 22:24Pakistanın hərbi kontingenti bu ölkədə yerləşdirildi
-
Sosial11 Aprel 21:36Tural Kərimova yüksək VƏZİFƏ VERİLDİ





































