Hadisə
ŞOK: Tanınmış aparıcının qızını bağçada bu hala saldılar – FOTOLAR
Bakı şəhər Yasamal rayonu 117 saylı uşaq bağçasında ciddi insident baş verib. Mayın 8-də iki yaşlı Səadət İsmayılova tərbiyəçi Püstə Babayeva və dayə Fira Əliyevanın məsuliyyətsizliyi ucbatından zərər çəkib.
Publika.az xəbər verir ki, bu barədə Vesti.az-a uşağın anası Şəfiqə Əfəndiyeva bildirib.
“Dünən axşam həyat yoldaşım uşağı bağçadan götürdükdə, onu görəndə dəhşətə gəlib. Səadətin bədənində əzik və dişlək yerləri olub”.
Tərbiyəçinin sözlərinə görə, Səadəti bağçadakı Murad adlı digər uşaq dişləyib. Tərbiyəçinin bu vaxt hara baxdığını soruşanda onun yerində olmadığını, dayənin isə sıyıq gətirmək üçün çıxdığını deyiblər.
“Mən başa düşmürəm, uşaqları necə tək qoymaq olar və onun ağladığını necə eşitməmək olar. Ən qorxulusu isə onların həkim çağırmamaları və bizə xəbər verməmələridir. Bağçanın pulunu ödəmək vaxtı gələndə dayanmadan zəng edirlər, amma uşağım zədələnəndə mənə zəng etmək üçün əziyyət çəkməyiblər. Uşaq hələ günorta xəsarət alıb və axşam saat beşə qədər bizə bu barədə xəbər verməyiblər. Mən bizə niyə indiyə qədər xəbər vermədiklərini soruşduqda onlar günahkar olduqlarını etiraf etdilər. Onların həkimi günortaya qədər işləyir, tibb bacısı isə uşağa adicə maz vurub. Mən bu məsuliyyətsizliyə, həkim çağırmamaları və bizə xəbər verməmələrinə görə məhkəməyə müraciət etməyə hazırlaşıram. Biz uşağı dərhal kliniki tibbi mərkəzə apardıq. Həkim uşağın bədəninin müxtəlif hissələrində göyərmələri gördükdə dəhşətə gəldi. Həkimin sözlərinə görə, uşağın üzündəki zədə ciddi problem yarada bilər. Sonra biz nevropatoloqun yanına yollandıq, o, uşağa sakitləşdirici preparatlar yazdı. Uşaq böyük stress keçirib. Murad hələ keçən həftə mənim uşağımı dişləyib. Mən tərbiyəçiyə xəbərdarlıq etdim və diqqətli olmağı xahiş etdim. O qeyd etdi ki, uşaq hələ təzədir, hamını dişləyir, xüsusilə də mənim qızımı. Direktor indi mənə deyir ki, hələ onda onlara xəbər verməliydim. Mən tərbiyəçini cəzalandırmağı tələb edirəm və dayənin məsuliyyətsizliyi üçün işdən çıxarılmasını tələb edirəm”, - uşağın anası Şəfiqə Əfəndiyeva deyib.
Bağçanın direktoru Solmaz Hacıyeva isə öz növbəsində bildirib ki, hadisə yuxu saatından sonra baş verib: “Tərbiyəçi özünə “o zaman paltar dəyişmə yerinə çıxdım, dayə isə sıyıq üçün getdi” söyləməklə bəraət qazandırır. Amma fakt odur ki, bu hadisə baş verən zaman onların heç biri orda olmayıb. Mən bu bağçada işləməyə layiq olmayan bu əclafları müdafiə etmirəm. Bizim otaqda servant var, onu çoxdan götürməli idilər. Səadət ora çıxmağı çox sevir. O çıxan zaman Murad onu itələyib. O yıxılaraq əzilib. Tərbiyəçi uşağı götürüb, əzik yerinə yaş dəsmal qoyub. Mən tədbirdə olduğumdan bütün bunları bilməmişəm.
Uşağı gördükdə izahat istədim. Onlar mənə baş verənləri danışdılar. Onlara inanmadım, bağçada quraşdırılmış müşahidə kamerasına baxdım. Kadrlarda Muradın Səadəti dişləməsi və Səadəti itələməsi görünür.
Mən baş verənlər üçün xəcalət çəkirəm. Mən neçə ildir ki, bağçada işləyirəm, belə hadisə bizdə ilk dəfədir baş verir. Uşaqlar günahkar deyil, günahkar tərbiyəçi və dayədir. Onları və belə işçiləri saxladığım üçün məni də bağışlamaq olmaz. Onları işdən azad edəcəm. Biz təzminat ödəməyə hazırıq”, - S.Hacıyeva bildirib.
Qeyd edək ki, Ş.Əfəndiyeva “İctimai” telekanalın artıq on ildən artıqdır ki, simasıdır. O, “Yeni Dalğa” radioverilişində işləyib. İndi isə o, “Qadın dünyası” verilişini aparır.
-
Səhiyyə09:00
Həkimdən birləşməyən sınığın təhlükələri barədə XƏBƏRDARLQ
-
ABŞ08:12
İlon Mask plagiatda ittiham olundu
-
Avropa08:00
Görücü Vanqanın 2025-ci il üçün tükürpərdən PROQNOZLARI
-
İdman06:16
Məhkəmədə cavab verəcək - Cinsi təcavüzdə ittiham edilir
-
Magazin105:15
"Səyyadın ölümündən sonra hamımız xəcalət çəkirik"
-
Kriminal03:13
Əhmədin qətlə yetirdiyi qardaşı ilə FOTOSU YAYILDI
-
Kriminal02:22
Bakıda zavodda kütləvi dava - Bir nəfər ölümcül döyüldü
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Günün ilk yarısı çətin və ağır olacaq