Ərəblər də İlham Zəkiyevin erməni snayperi tərəfindən vurulduğunu gördü
Bizi izləyin

İdman

Ərəblər də İlham Zəkiyevin erməni snayperi tərəfindən vurulduğunu gördü

İkiqat paralimpiya, 2 dəfə dünya və beşqat Avropa çempionu, Avropa Oyunlarının qalibi İlham Zəkiyev Beynəlxalq Cüdo Federasiyası (İJF) tərəfindən Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabiyə dəvət alıb. Dəvətin səbəbi gənclərin dünya birinciliyində paralimpiya cüdosunun təqdimatı olub.

Publika.az xəbər verir ki, İ.Zəkiyev və digər paralimpiyaçı cüdoçumuz Kənan Abdulxanlı birlikdə nümunəvi çıxışlar ediblər.

Əfsanəvi cüdoçumuzun vətən yolunda göstərdiyi şücaətə də toxunulub. Onun döyüş vaxtı düşmən snayperi tərəfindən vurulması və nəticədə görmə qabiliyyəti itirməsi barədə məlumat verilib. Onun vətən uğrunda canından keçəcək qədər cəsarət sahibi olması BƏƏ-də də yüksək qiymətləndirilib.

Daha sonra paralimpiyaçı cüdoçuların test yarışları keçirilib.

Qeyd edək ki, İlham Zəkiyev əməkdar idman ustası, 2 dəfə "Şöhrət" ordeni sahibi, "Tərəqqi" medalı sahibi, Heydər Əliyev Fondunun təsis etdiyi beynəlxalq "Qızıl çinar" mükafatının laureatıdır.

Xatırladaq ki, Zəkiyevlər ailəsində bütün qardaşlar vətən uğrunda döyüşüb. Zəkiyevdən böyük bir qardaşı da evinə qazi kimi qayıdıb.

O, müsahibələrinin birində belə deyib:

“Dörd qardaş idik, evimizdə 5 hərbi biletimiz vardı. Yaralanan, indi dünyasını dəyişmiş qardaşım həm sovet hərbi xidmətində olmuşdu, həm də Azərbaycanda hərbi xidmətə getdi. Qardaşlarım və mən vətənə layiqincə qulluq etmişik”.

Zəkiyev 1999-cu il fevralın 4-də Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən düşmən snayperinin gülləsinə tuş gəlib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm